Gənc həmkarlarımıza nümunəsiniz, Şeyda Nəsibli

Şeyda Nəsibli. Jurnalistikanın parıldayan günlərinin işıqlı imzası. Elə siyasətçi varmı, onun açıqlaması, barəsindəki yazısının imza yerində Şeyda Nəsibli yazılmasın? 

Jurnalistikanın bulağından su içən jurnalistlərin düşüncələri hələ də bulaq kimi qaynayır, söz həsrətində olanların oxumaq, bilgilənmək yanğısına qida olur. 

Şeyda xanım o jurnalistlərdəndir ki, həmişə jurnalistdir. Xaraktercə jurnalist olanlar sənətdə əbədi qalırlar. 

Siz yenə də bizimləsiz. İştirak etmədiyiniz mətbuat konfranslarında məntiqli suallarınızı unutmadıq, hər yazınızdan sonra başqa qəzetlərə verdiyiniz mövzuları hələ də xatırlayırıq. Siz həm də gənc həmkarlarımıza nümunə kimi təqdim olunursuz. O nümunədəki qiymətlər başucalığı yaşatmaq gücündədir. 

Başınız həmişə uca olsun, Şeyda Nəsibli!

Mediaekspert.az